
Rodriqo harada oynayacağına qərar verib
Braziliyalı hücumçu Rodriqo 2025/26 mövsümündə hansı komandada oynayacağına qərar verib. Son həftələrdə mətbuat onun adını İngiltərənin üç top-klubu – “Mançester Siti”, “Liverpul” və “Arsenal”la əlaqələndirirdi.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Rodriqo “Real”da qalmaq qərarına gəlib.
24 yaşlı futbolçu Madrid klubunda öz yeri uğrunda mübarizə aparmağa çox motivasiyalı olduğunu bildirib.
“Real” İspaniya çempionatının ilk turunda “Osasuna”nı 1:0 hesabı ilə məğlub edib. Ancaq Rodriqo bütün 90 dəqiqəni ehtiyat oyunçular skamyasında keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



