O, “Real”da qalacaq – Ən azı yanvara qədər

Rodriqo İngiltərə Premyer Liqasından gələn təkliflərə baxmayaraq, “Real”ı tərk etməyəcək.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Mançester Siti” braziliyalı vingeri heyətinə qatmaq istəyirdi, ancaq Rodriqo hazırkı komandasında qalmaq və əsas heyət uğrunda mübarizə aparmaq qərarına gəlib.

24 yaşlı oyunçu ən azı yanvara qədər “kral klubu”nun şərəfini qoruyacaq. O, 6 il əvvəl “Real”a qoşulub və onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Rodriqo ötən mövsümdə La Liqada 30 oyunda iştirak edərək, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button