“Real”ın hücumçusu Madrid derbisini buraxa bilər

“Real”ın hücumçusu Rodriqo “Atketiko”ya qarşı keçirəcəkləri İspaniya kubokunun 1/8 final oyununu buraxa bilər.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı forvard görüşdən əvvəl komanda ilə məşqdə iştirak etməyib.

Braziliyalı oyunçu idman zalında fərdi şəkildə çalışıb.

Bu gecə keçiriləcək “Atletiko” – “Real” matçı saat 00:30-da başlayacaq.

Rodriqo cari mövsümdə Madrid təmsilçisinin heyətində 28 oyunda iştirak edib, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button