Rafinya “Real”ın oyunçusuna ədalətsizlik edildiyini düşünür

“Barselona”nın braziliyalı futbolçusu Rafinya “Real”ın vingeri Rodriqo haqda fikirlərini bölüşüb.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, həmyerlisi olan braziliyalı futbolçunun heyrətamiz oyunçu olduğunu söyləyib:

“Mənim üçün Rodriqo heyrətamiz oyunçudur, tayı-bərabəri olmayan fenomendir. Gördüyüm ən yaxşı oyunçulardan biridir. O, lazım olduğu qədər qiymətləndirilmir və bu, mənim fikrimcə, ədalətsizlikdir”.

Rodriqo bu mövsüm bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button