
Ançelotti: “Rodriqo bizə böyük kömək edəcək”
“Real”ın hücumçusu Rodriqo Braziliya millisinin Cənubi Koreya və Yaponiya yığmaları ilə yoxlama oyunları üçün açıqlanan heyətinə çağırılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, millinin baş məşqçisi Karlo Ançelotti Rodriqonun formasından razılığını bildirib:
“Rodriqo çox yaxşı oynayır. O, meydanda həmişə keyfiyyətli oyun göstərir, baxmayaraq ki, çox vaxt almır. Fiziki vəziyyəti əladır, motivasiyası isə yüksəkdir.
Rodriqo komandamız üçün çox önəmlidir, çünki həm texniki cəhətdən güclüdür, həm də hücumun bütün mövqelərində oynaya bilir. O, bizə böyük kömək edəcək.
Keçmişdə müəyyən çətinlikləri olub, amma onların öhdəsindən çox yaxşı gəlib. Böyük klublarda rəqabət həmişə güclüdür, amma Rodriqo indi əla formada görünür”.
Bizi Facebook-da izləyin



