
Alonsodan “Real”dan ayrılacağı deyilən Rodriqo haqda açıqlama
“Real”ın baş məşqçisi Xabi Alonso komandanın hücumçusu Rodriqonun “Ovyedo” ilə matçda (3:0) çıxışı haqda fikirlərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun performansını bəyəndiyini deyib:
“Rodriqo bu oyunda yaxşı idi, onun çıxışını bəyəndim. O, bizimlədir, bizə bütün oyunçularımız lazımdır”.
Rodriqo müntəzəm oyun praktikasının olmaması səbəbindən Madrid klubundan ayrıla bilər. 24 yaşlı futbolçu ilə İngiltərə Premyer Liqasının bəzi klubları maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



