Tanınmış futbolçu İspaniya klubundan ayrılmağa hazırlaşır
Xames Rodriqes yaxın günlərdə azad agent kimi “Rayo Valyekano”dan ayrıla bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında müqaviləyə xitam verilməsi üçün danışıqlar aparılır.
Daha əvvəl kolumbiyalı yarımmüdafiəçinin Meksika klubunun oyunçusu ola biləcəyi barədə məlumatlar yayılmışdı.
33 yaşlı futbolçu cari mövsümün əvvəlində “Rayo Valyekano”ya keçib. O, bu mövsüm İspaniya komandasının heyətində bütün turnirlərdə 7 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib, ümumilikdə 205 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin