
Xames Rodriqes İspaniyaya qayıda bilər
“San Paulo”nun yarımmüdafiəçisi Xames Rodriqes İspaniya La Liqasına qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə “Vilyarreal” və “Malyorka” maraqlanır. Rodriqes özü də İspaniyaya qayıtmaq istəyir. “San Paulo” onun transferi üçün təxminən 3 milyon avro tələb edə bilər.
Rodriqes 2014-2019-cu illərdə “Real”da çıxış edib.
32 yaşlı yarımmüdafiəçi Braziliya çempionatının bu mövsümündə cəmi iki oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin