MS yeni yarımmüdafiəçinin transferi üçün 95 milyon avro ayırıb

“Mançester Siti” vacib oyunçusunu itirib. İngiltərə klubunun yarımmüdafiəçisi Rodri bu yaxınlarda dizindən ciddi zədə alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” hazırkı vəziyyətdə yanvarda yeni futbolçu üçün transfer bazarına çıxa bilər. “Mançester Siti” yeni yarımmüdafiəçinin transferi üçün 80 milyon funt-sterlinq (təxminən 95 milyon avro) ayırıb.

“Mançester Siti” hazırda İngiltərə çempionatının turnir cədvəlində ikinci yerdədir. Pep Qvardiolanın komandası yeddi turda 17 xal (beş qələbə və iki heç-heçə) toplaya bilib. Komanda növbəti matçını oktyabrın 20-də “Vulverhempton”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button