
Yeni müqavilə, daha yüksək maaş
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun yeni sözləşməsinin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub və maaşı artırılacaq.
Rodri cari mövsümdə meydana çıxmayıb, çünki dizindən aldığı zədədən bərpa olunur.
İspaniyalı futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



