Rodri: “Yamal bir neçə ildən sonra dünyanın ən yaxşısı ola bilər”
İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandes 16 yaşlı hücumçu Lamin Yamalın Avropa çempionatındakı çıxışını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, millidəki komanda yoldaşının bir neçə ildən sonra dünyanın ən yaxşısı ola biləcəyini düşündüyünü söyləyib:
“Bu oğlanda artıq yetkinlik görmək olar. Onun yüksəlişinin nə olduğu hələ məlum deyil. Bunu bir neçə ildən sonra öyrənəcəyik. Gəlin görək, gələcəkdə nə olacaq. Düşünürəm ki, bir neçə ildən sonra o, dünyanın ən yaxşısı ola bilər. Lamində bunun üçün lazım olan bütün keyfiyyətlər var”.
Yamal Avropa çempionatları tarixində qol vuran ən gənc futbolçudur.
AÇ-2024-ün final matçında İspaniya millisi İngiltərə ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 14-də keçiriləcək.
Bizi Facebook-da izləyin