Rodri Vinisiusu əla salıb?
“Real” azarkeşləri “qızıl top” mükafatını qazandıqdan sonra “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandesin sevincini qeyd edərkən Madrid klubunun futbolçusu Vinisius Juniorun ələ salındığını görüblər.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, bəzi azarkeşlər əmindirlər ki, “qızıl top”un sevinci yaşandığı zaman ispaniyalı yarımmüdafiəçi məşhur “Bella Ciao” mahnısının sözlərini “Vinisius Ciao”ya dəyişdirərək, braziliyalını ələ salıb.
Rodri 2008-ci ildən bəri İngiltərə Premyer Liqa klubundan “qızıl top” mükafatını alan ilk oyunçu olub. “Real”ın hücumçusu Vinisius Junior müvafiq səsvermədə ikinci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin