Rodri üçün mövsüm bitdi – MS yeni oyunçu axtarır

“Mançester Siti” yarımmüdafiəçi Rodrini uzun müddətə itirib. İspaniyalı futbolçu “Arsenal”la son Premyer Liqa matçında (2:2) dizindən ciddi zədə alıb.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun 2024/25 mövsümünün sonuna kimi meydana qayıtması gözlənilmir.

“Mançester Siti” Rodrinin zədəsindən sonra yeni yarımmüdafiəçi üçün qış transfer bazarına girmək məcburiyyətində qala bilər.

“Şəhərlilər” qısa siyahıya dörd yarımmüdafiəçi daxil edib: 25 yaşlı Martin Subimendi (Real Sosyedad), 27 yaşlı Marko Barella (İnter), 25 yaşlı Ederson (Atalanta) və 20 yaşlı – Adam Varton (Kristal Pelas).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button