“Qızıl top”un sahibi seçim etməli olacaq

“Real” 2024-cü ilin “qızıl top” sahibi, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmağı planlaşdırır.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, MS ilə müqaviləni uzatmaq və ya “Real”a keçmək arasında seçim edəcək. İspaniyalı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Oyunçunun agenti Pablo Barquero artıq “Mançester Siti”dən Rodri üçün yeni müqavilə təklifi alıb. Bununla belə, əslən madridli olan yarımmüdafiəçi doğma şəhərinə qayıtmaq və dünyanın ən güclü klublarından birinə qoşulmaq fikrini çox bəyənir.

Rodri 2019-cu ildən “Mançester Siti”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button