
Rodri: “Özümü çox yaxşı hiss edirəm”
“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
28 yaşlı oyunçu ötən il sentyabrın sonunda dizinin çarpaz bağlarını qoparmışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu özünü yaxşı hiss etdiyini bildirib:
“Özümü çox yaxşı hiss edirəm. Başım tam qaydasındadır. Dizimdə heç bir qeyri-sabitlik hiss etmirəm. Formamı və başqa hər şeyi gücləndirməliyəm. Bu, ən vacib şeydir”.
Rodri bu mövsüm yalnız üç Premyer Liqa və UEFA Çempionlar Liqası oyununda qol vurmadan iştirak edib.
“Mançester Siti” sabah Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə “Real”la qarşılaşacaq. İlk oyun Madrid komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin