Rodri məşqlərə başlayıb

“Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes məşqlərini bərpa edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 ysşlı futbolçu dünən “şəhərliliər”in bazasında fərdi məşq keçirib.

Rodri mövsümün əvvəlində dizinin çarpaz bağından zədə alaraq meydandan kənar qalıb. O, bu mövsüm cəmi 3 matçda meydana çıxıb.

“Mançester Siti” hazırkı Premyer Liqada turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda pley-off mərhələsində “Real”la qarşılaşaraq (2:3, 1:3), UEFA Çempionlar Liqasındakı iştirakını artıq başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button