Rodri: “İndi çox xoşbəxtəm”

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes 2024-cü ildə “qızıl top”u qazanmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu indi çox xoşbəxt oluğunu bildirib:

“Bu, həyəcanlı bir an idi. İndi çox xoşbəxtəm, amma bunun nə demək olduğunu hələ də tam başa düşə bilmirəm. Karyeramı bitirdikdən sonra bu barədə düşünəcəyəm. Qarşına müəyyən məqsədlər qoyursansa, deməli, onlara nail olmaq üçün hər şansın var”.

Rodri hazırda çarpaz diz bağından zədəsini sağaldır. 28 yaşlı yarımmüdafiəçi ilə “Mançester Siti” arasındakı hazırkı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button