Rodri qarşılaşdığı ən çətin 2 futbolçunun adını çəkdi
İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes karyerasında qarşılaşdığı ən çətin rəqiblərdən danışıb.
Komanda.az “Bola Vip”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, İngiltərə Premyer Liqasında Məhəmməd Salaha qarşı oynamağın çox çətin olduğunu bildirib:
“Əvvəllər Lionel Messi idi. Premyer Liqaya gəlincə isə, Salahın adını çəkə bilərəm. O, “Enfild”də xüsusilə yaxşıdır. Məhəmməd orada bıçaq kimidir, ona qarşı oynamaq çox çətindir”.
Rodri bu il “qızıl top”u qazanıb. O, zədələndiyi üçün hazırda müalicə alır. 28 yaşlı yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin