Robin van Persi futboldan gedir: sabah vida matçıdı
Futbol üzrə Hollandiya yığmasının sabiq hücumçusu Robin van Persi karyerasını başa vurmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, hazırda “Feyenoord”un formasını geyinən 35 yaşlı forvard sabah vida matçına çıxacaq.
Bunu sözügedən klubun baş məşqçisi Covanni Van Bronkhorst açıqlayıb. O, mayın 12-də qarşılaşacaqları “Den Haaq”la ev oyununda Van Persinin sonuncu dəfə meydana çıxacağını bəyan edib.
Robin məhz “Feyenoord”un yetirməsidi. Lakin o, daha çox İngiltərənin “Arsenal” (2004-2012) və “Mançester Yunayted” (2012-2015) klublarındakı çıxışı ilə tanınıb. Van Persi İngiltərə Premyer Liqasında “Mançester Yunayted”lə bir dəfə çempionluq sevinci yaşayıbsa, iki mövsüm də bombardir olub. “Uçan hollandiyalı” ləqəbini almış futbolçu 2015-2018-ci illər aralığında da Türkiyənin “Fənərbaxça” klubunda forma geyinib. O, qonşu ölkədə 87 oyuna çıxıb, 36 qol vurub. Hollandiya yığmasında 100-dən çox oyun keçirən və 50 qola imza atan futbolçu 2018-ci ildən etibarən yenə “Feyenoord”un uğurları üçün çalışırdı.
Bizi Facebook-da izləyin