“Liverpul”un futbolçusu məşqlərə geri dönüb
“Liverpul”un müdafiəçisi Endryu Robertson zədəsini sağaldıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçi köməkçisi Pep Leynders danışıb. O, 29 yaşlı müdafiəçinin artıq komanda ilə məşqlərə başladığını bildirib:
“Endryu dünən komanda ilə məşq etdi. 13 həftə kənarda qalmışdı. Əlbəttə ki, hər şeyin qaydasında olduğundan əmin olmaq üçün cərrahla görüş keçirilib”.
Robertson yanvarın 24-də, ölkə kubokunun yarımfinal mərhələsinin “Fulhem”ə qarşı cavab matçında oynamağa hazır olacaq.
Şotlandiyalı futbolçu oktyabr ayında milli komandanın heyətində zədələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin