Roberto Mançini və Edin Dzeko koronavirusa yoluxdu

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə 56 yaşlı mütəxəssisdə xəstəliyin hansısa simptomuna rast gəlinmədiyi, buna baxmayaraq, ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb. İtalyan məşqçi karantinin müddətinin başa çatmasından sonra işə başlayacaq.

Bosniya və Herseqovina yığmasının və İtaliyanın “Roma” klubunun hücumçusu Edin Dzekoda da koronavirus aşkarlanıb. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 34 yaşlı forvard da sosial şəbəkə hesabında bir müddət karantində qalacağını bildirib. O, xəstəliyin heç bir simptomunu hiss etmədiyini bəyan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button