Roberto Mançini koronavirusa qalib gəldi
Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusdan sağalıb.
Komanda.az xəbər verir ki, bu barədə 55 yaşlı mütəxəssis özü məlumat verib:
“Son koronavirus testim mənfi çıxdı. Sağlamam, hər şey qaydasındadır”.
Qeyd edək ki, Mançini noyabrın 6-da koronavirusa yoluxmuşdu. Bu üzdən o, yığmanın Estoniya ilə yoxlama oyununda (4:0), eləcə də UEFA Millətlər Liqası çərçivəsində baş tutan Polşa (2:0) və Bosniya və Herseqovina (2:0) görüşlərində iş başında ola bilməmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin