
Roberto Karlos ABŞ-a getdi, həmyerlisi ilə görüşdü
Keçmiş futbolçu Roberto Karlos MLS-in Qərb konfransında baş tutan “Los Anceles Qalaksi” – “Los Anceles” matçını canlı izləyib (2:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş müdafiəçi “Los Anceles Qalaksi”də çıxış edən həmyerlisi Duqlas Kosta ilə görüşüb.
“Los Anceles Qalaksi” hazırda Qərb konfransında 19 xalla 13-cü, “Los Anceles” isə 32 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin