Roberto Donadoni istefaya göndərildi
Çinin “Şençjen” klubu baş məşqçisi Roberto Donadoni ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
57 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Roberto Donado 2019-ci ilin iyulunda “Şençjen”in baş məşqçisi təyin olunmuşdu. Bu komanda ötən mövsümü 30 turdan sonra 21 xalla 15-ci sırada tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin