De Zerbi: “Bir az bəxtimiz gətirmədi”
“Brayton”un baş məşqçisi Roberto De Zerbi Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Roma” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı baş məşqçi böyük hesablı qələbəyə layiq olduqlarını bildirib:
“Mən uşaqlarla fəxr edirəm. Onlar bütün ən yaxşı keyfiyyətləri nümayiş etdirdilər. Bu mənim üçün sürpriz deyil. Uduzsaq da, mən komandamla fəxr edirəm, çünki bilirəm ki, onlar hər oyunda canlarını qoyurlar. Böyük hesabla qələbə qazanmağa layiq idik. Son 20 dəqiqəyə qədər iki-üç qol vurmalı idik. Çoxlu imkanlar yaratdıq. Amma bir az bəxtimiz gətirmədi. İkinci hissədə də səhvlər oldu, ancaq mən futbolçularıma təşəkkür edə bilərəm”.
“Roma” iki oyunun nəticəsinə əsasən 1/4 finala yüksəlib (ümumi hesabda 4:1).
Bizi Facebook-da izləyin