De Zerbi: “Səhvlərimizin əvəzini ödədik”
“Brayton”un baş məşqçisi Roberto De Zerbi komandasının Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Roma”ya məğlub olmasında (0:4) təkcə futbolçular və məşqçilər deyil, həm də klubun sahiblərinin günahkar olduğunu deyib.
Komanda.az “Sussex express”-ə istinadən xəbər verir ki, o, səhvlərinin əvəzini ödədiklərini bildirib:
“Bu gün səhvlərimizin əvəzini ödədik. Klub rəhbərliyindən tutmuş, məşqçilərə və oyunçulara qədər”.
De Zerbi 2022-ci ilin sentyabrından “Brayton”a başçılıq edir. Onun rəhbərlik etdiyi komanda ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb. “Brayton” bu mövsüm 27 turdan sonra 39 xal toplayaraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
“Brayton” – “Roma” cavab qarşılaşması martın 14-də keçiriləcək.
Bizi Facebook-da izləyin