Roberto Bordin: “Layiqli qələbə qazandıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqanın 12-ci turu çərçivəsində “Qəbələ” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis 4:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Komandanın oyunundan razı qaldım. Son oyunda məğlub olmuşduq, bu gün bundan dərs çıxardıq. Bu oyunda qələbə çox vacib idi, bununla bərabər yaxşı oyun da göstərmək mühüm idi. Layiqli qələbə qazandıq.
  • Dabonun olmamasının səbəbi nə idi?
  • Zədəli olduğu üçün yox idi.
  • Rahat qələbə qazandığınızı demək olarmı?
  • Futbolda asan qələbə olmur. Qalib gəlmək üçün vuruşmaq, döyüşmək lazımdı.
  • Evangelis Platellas əvvəllər start heyətdə olurdu. Ancaq son zamanlarda ehtiyatda qalır. Nə baş verdi ki, onu əvvəlki kimi meydanda görə bilmirik?
  • Bu, məşqçi seçimiylə bağlıdı. Həftəiçi komandaya baxırıq və ona uyğun seçim edirik. Bu gün onun qol vurmasına da sevinirəm. Bunun üçün çox çalışırdı. Hər zaman çalışır ki, komandaya fayda versin. Bu gün əziyyətinin bəhrəsini gördü.
  • Stankoviçin Mbodjla əvəzlənməsinə səbəb nə idi?
  • Əvəzlənən hər 3 futbolçu oyuna yaxşı qoşuldu. Stankoviç yorğun görünürdü, ona görə əvəzlədim.
  • Donald Geryenin tam formada olmadığı hiss olunur. Ona nə qədər zaman lazımdı ki, tam formasına düşsün?
  • Normal haldı. Çünki komandayla təlim-məşq toplanışı keçirməyib. Biz də çalışırıq ki, tam formasını tez bir zamanda yığsın.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button