Bordin: “8 xallıq fərqi aradan qaldırmaq mümkündür”

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”la qolsuz heç-heçəyə razılaşan “Neftçi”nin” baş məşqçisi Roberto Bordin oyundan sonra mətbuat konfransı keçirib:

Komanda.az xəbər verir, italyam mütəxəssis bunları deyib:

  • Gözəl oyun oldu, hər iki komanda yaxşı çıxış etdi. Oyunu boksla müqayisə etsək, bizdə bir neçə xal çox oldu. Qol epizodlarımız oldu, bir qol da vurduq, amma sayılmadı. Futbolçularıma belə oyun üçün təşəkkür edirəm.
  • 4 qələbədən sonra heç-heçə etdiz. Çoxlu epizodlar oldu, ancaq fərqlənə bilmədiz. Bu, problemdir, yoxsa komandadakı müsbət məqam kimi dəyərləndirmək də olar?
  • Problem o vaxt olardı ki, qol epizodları yaratmayaq. Böyük komandaya qarşı bu qədər şans əldə etmək müsbətdir. Qol da vurduq, ancaq sayılmadı. Həmin epizoda baxmaq istərdim. Ancaq hələ mümkün olmayıb. Baxdıqdan sonra fikirlərimi bildirərəm.
  • Boks hesabı ilə bir neçə xal öndə olduğunuzu dediz, ancaq futbol dili ilə 8 xallıq fərq davam edir…
  • Mənu boks məsələsini zarafatyana dedim. Fikrim komandanın sona qədər yaxşı oyun göstərməsi ilə bağlı idi. 8 xal fərqi böyükdür. Ancaq qarşıda oyunlar var. Bu fərqi aradan qaldırmaq olar. Növbəti matçlarda maksimum xal toplayıb fərqi azaltmağa çalışacağıq.
  • Rəhbərlik komandanın oyunundan və nəticədən razı qaldı?
  • Son 4 matçda qələbə qazanmışıq. Bu gün də heç-heçə etdik. Eyni zamanda, komanda gözəl oyun göstərdi. Hesab edirəm ki, rəhbərlik də razıdır. Hər oyuna belə yanaşmalıyıq.
  • Son qələbənizlə bağlı demişdiz ki, artıq yaralarımızı sağaldıb, ayağa qalxmışıq. Bundan sonrakıları necə dəyərləndirə bilərsiz?
  • Problem o halda olardı ki, biz uduzardıq. “Qarabağ” Avropa Liqasının qrupunda top-klublara qarşı mübarizə aparır, güclü rəqibdir.
  • Bu matç göstərdi ki, komandamızda ciddi problem yoxdur, hər şey yolundadır. Qələbəyə köklənmişdik. Fərqi azaltmaq istəyirdik. Təəssüf ki, alınmadı.
  • Oyunun sonlarında meydandan kənarda gərginlik var idi. Nə baş verirdi?
  • Sadəcə, Riçard Almeydaya qarşı təhlükəli oyun qeydə alınmışdı. Ona başa salmaq istəyirdim ki, bir qədər əvvəl Soni Mustivara qarşı da eyni şey olmuşdu. Xırda anlaşılmazlıq oldu. Oyundan sonra danışıb, yoluna qoyduq.
  • “Neftçi” bu gün bir xal qazandı, yoxsa iki xal itirdi?
  • Oyundan razı qaldım. Futbolçular son saniyəyə kimi hücuma köklənmişdilər, qələbə qazanmaq istəyirdilər. Deyərdim ki, 2 xal itirdik. İki epizoda bir daha nəzər yetirəcəm. Haqlı qərarlar olsaydı, biz indi qələbəmizdən danışırdıq. Sakit başla baxmaq lazımdı. Bu matç bitdi, gələcək barədə düşünmək lazımdır.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button