Levandovski milliyə çağırılmayacaq – baş məşqçi açıqladı

Robert Levandovski Polşa millisinin Millətlər Liqasında Niderland və Bosniya və Herseqovina yığmaları ilə keçirəcəyi oyunlarda iştirak etməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə Polşa millisinin baş məşqçisi Eji Bjeçek “Bild” nəşrinə açıqlamasında deyib. O, Levandovskinin istirahətə ehtiyaca olduğunu və bu səbəbədən də Millətlər Liqasındakı matçlara dəvət almayacağını deyib.

Polşa millisi sentyabrın 4-də Niderland, 7-də isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button