
Robbi Kin: “Biz bu oyunu “Qarabağ”a hədiyyə verdik”
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Ferentsvaroş”u (Macarstan) qəbul edib.
Komanda.az xəbər verir ki, macarların baş məşqçisi Robbi Kin 3:2 hesablı qələbəni belə şərh edib:
“Mən dedim ki, biz qalib gələrik. Oyundan əvvəl “mərhələni keçəcəyik” dediyimi xatırlamıram.
Bilirdim ki, “Qarabağ” çətin komandadır. Çətin oyun oldu. “Qarabağ”ı təbrik edirəm. Bizim yaxşı imkanlarımız oldu. Ancaq təəssüf ki, istədiyimiz kimi alınmadı.
Mən məğlub olmağı sevmirəm. Baş məşqçi olaraq bu ağırdır. Lakin oyun qurtardı. Oyunçular da əllərindən gələn hər şeyi etdilər. Mübarizə aparmaq lazımdır, iddialı olmaq lazımdır. Lakin bu, idmandır. Biz axmaq qollar buraxdıq. Səhvlərimizi analiz edəcəyik. Biz bu oyunu “Qarabağ”a hədiyyə verdik.
Kadi Borges (əvvəl “Ferentsvaroş”da oynayıb) yaxşı oyunçudur, lakin onunla çox vaxt keçirməmişəm. Bizim də yaxşı oyunçularımız var. Kadiyə də uğurlar arzu edirəm.
Əlbəttə ki, emosional olmalıyam. Siz də qol vuranda qeyd edirdiz. Sizin məşqçiniz qolları qeyd etmirdi? Siz istəyirsiz ki, baş məşqçi robot olsun? Biz mübarizə aparırıq. Təbii ki, emosional olmalıyıq.
Bu ikinci oyundur ki, biz məğlub oluruq. Bu, futboldur. Biz məğlub olmuşuq, lakin bu, baş məşqçi ilə bağlı deyil, kollektivlə bağlıdır. Mən təbii ki, futbolçularım üçün də üzülürəm. Avropa Liqasına yönələcəyik artıq.
“Qarabağ”ın sonrakı oyunları artıq məni maraqlandırmır.
Bəzi hallarda məsələyə geniş aspektdən baxmaq lazımdır. Bəlkə, bir az bəxtimiz gətirmədi. Əslinə qalsa, yaxşı başlamışdıq. Komandam haqda onu deyə bilərəm ki, biz düzgün insanlarla işləmişik, düzgün xarakter göstərmişik.
Mənim karyeramla baş məşqçiliyin əlaqəsi yoxdur. Təbii ki, mənim də karyeram önəmlidir, lakin futbolçu Robbi Kini yaddan çıxarmaq lazımdır. Bu, komanda işidir.
Bizim milli komandada 6 macarıstanlı futbolçu var. Sizdə isə səhv etmirəmsə, 3 yerli oyunçu var. Bu, ölkəylə bağlı deyil, bu, komanda ilə bağlıdır.
Bakını gəzə bilmədik. Dünən gəldik və yalnız oteldən gördüklərimdir. Pəncərədən gördüm yalnız və çox gözəl şəhərə oxşayır.
Biz ümumi hesabda uduzsaq da, bugünkü oyunda qalib gəldik. Mən burada bir daha oynamayacam. Stadionla bağlı şərh vermək mənim işim deyil”.
Səfərdəki ilk matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinmişdi. Bununla da, “Qarabağ” ÇL-də liqa mərhələsinə yüksəlib.
Nəzrin Kazımlı
Bizi Facebook-da izləyin


