Robben karyerasını başa vurdu

Hollandiya yığmasının sabiq üzvü Aryen Robben futbolçu karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə qərarını ölkəsinin mətbuatına açıqlamasında bəyan edib.

35 yaşlı futbolçunun sonuncu klubu olan “Bavariya” ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatmışdı. Yeni macəra arzusunda olmayan Robben, karyerasını məhz indi başa vurmağa qərar verib.

Peşəkar karyerasına Hollandiyanın “Qroningen” klubunda başlayan Aryen, daha sonra PSV, “Çelsi”, “Real” və “Bavariya”da forma geyinib. Hollandiyalı futbolçu son ildə şərəfini qoruduğu Münhen klubunda 18 kubok qazanıb. Bütövlükdə isə o, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə UEFA Superkubokunun, 8 dəfə Almaniya Bundesliqasının, 5 dəfə Almaniya Kubokunun, 2 dəfə İngiltərə Kubokunun, 2 dəfə İngiltərə Premyer Liqasının, 2 dəfə Hollandiya Superkubokunun, 1 dəfə Hollandiya çempionatının, 1 dəfə İspaniya La Liqasının qalibi olub. Robben rəqib qapılarından 99 top keçirməklə Bundesliqada ən çox qol vuran hollandiyalı futbolçudu.

Hollandiya millisində 96 oyuna çıxan yarımmüdafiəçi 37 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button