“Rizəspor” “Qarabağ”ın futbolçusunun transferindən imtina edib

Türkiyənin “Rizəspor” klubu “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın transferindən imtina edib.

Komanda.az “Ajansspor”-a istinadən xəbər verir ki, Super Liqa klubu 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.

Daha əvvəl kolumbiyalı oyunçunun Qara dəniz təmsilçisi ilə anlaşdığı bildirilirdi.

Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən “köhlən atlar”ın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button