“Superklasiko”dan əvvəl 15 futbolçuda koronavirus aşkarlandı
“River Pleyt” Argentina Peşəkar Liqa kubokunun 1/4 final mərhələsində “Boka Xuniors”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Buenos-Ayres təmsilçisi sözügedən matçda koronavirus səbəbindən 15 futbolçusunun köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “River Pleyt”də 15 futbolçuda koronavirus aşkarlanıb.
Bu gün keçiriləcək “Boka Xuniors” – “River Pleyt” matçı saat 00:30-da start götürəcək.
Argentina Peşəkar Liqa kuboku Argentina Super Liqasını əvəzləyən turnirdir.
“River Pleyt”lə “Boka Xuniors” arasındakı matçlar “superklasiko” adlandırılır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin