Rivaldodan “Barselona”ya məsləhət

Braziliya millisinin və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Rivaldo Almaniyada keçirilən Avropa çempionatında İspaniya yığmasının formasını geyinən Niko Uilyams haqda fikirlərini bölüşüb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, keçmiş futbolçu, “Barsa”nın bu istedada diqqət yetirməsini məsləhət görüb:

“Barselona”nın əvəzedici futbolçu haqda düşünməyinin vaxtıdır. Ən yaxşılar belə klubda oynamalıdır və bu o deməkdir ki, onlara vaxtından əvvəl baxmaq lazımdır. Uilyamsın ən yaxşılardan biri olma potensialı var.

Robert Levandovski dünya səviyyəli oyunçudur, lakin yaş və zədələr getdikcə öz təsirini göstərir. Uilyams yüksək səviyyəli futbolçudur və inanıram ki, o, yaxın gələcəkdə karyerası artıq qüruba yaxınlaşan Levandovskidən sonra davamlılığı təmin edəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button