“Real”a meydan oxumaq üçün “Barselona”ya daha bir neçə futbolçu lazımdır” – Rivaldo

“Barselona”nın sabiq futbolçusu Rivaldo İspaniya millisinin heyətində Avropa çempionatının əsas qəhrəmanlarından olan Niko Uilyamsın transfer danışıqları ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu “Barselona”nı çox sevdiyini bildirib:

“Barselona”nı çox sevirəm, amma etiraf edim ki, hazırda “Real”ın üstünlüyü var. Uilyams yaxşı futbolçudur. “Real”a meydan oxumaq və yenidən həyəcanlandıran, sevindirən komandaya çevrilmək üçün bizə daha bir neçə futbolçu lazımdır”.

İspaniya çempionatı avqustun 15-də başlayacaq. “Barselona” ilk turda səfərdə “Valensiya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button