Riera yenidən “Qalatasaray”da – RƏSMİ
“Qalatasaray”ın sabiq futbolçusu Albert Riera yenidən İstanbul klubuna qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı ispan bundan sonra “Qalatasaray”da məşqçi kimi çalışacaq. O, əsas komandanın baş məşqçisi Fatih Terimin köməkçisi təyin olunub. Levent Şahin və Ümit Davala da Terimin köməkçisi kimi çalışmağa davam edəcək.
Qeyd edək ki, 2011-2014-cü illərdə “Qalatasaray”ın formasını geyinmiş Riera “Bordo”, “Espanyol”, “Mançester Siti”, “Liverpul”, “Olimpiakos” kimi komandalarda da çıxış edib. O, 2007-2009-cu illərdə İspaniya milli komandasında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin