DÇ-2022: “İndi bir yerə qapanıb, ağlamaq istəyirəm”
Braziliyalı hücumçu Riçarlison milli komandanın DÇ-2022 ilə vidalaşmasından sonra hisslərini bölüşüb.
Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, bəxt amilinin yığmadan uzaq düşdüyünü deyib:
“İndi bir yerə qapanıb, ağlamaq istəyirəm. Mən heç kimi görmək istəmirəm.
Çox təəssüf ki, bu turnirdə qalib gələ bilmədik. Braziliyaya böyük ümidlər bəslənirdi, amma yenə də bəxtimiz gətirmədi”.
Braziliya DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzaraq (penaltilər – 2:4), turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin