Riçarlison narazıdır
“Tottenhem”in hücumçusu Riçarlison UEFA Çempionlar Liqasının 1/8 finalının “Milan”la cavab oyunundan sonra (0:0) narazılığını bildirib.
Komanda.az “espn.com.br”-a istinadən xəbər verir ki, o, hansı səbəbdən ehtiyatda oturması ilə bağlı sual ünvanlasa da, cavab almadığını deyib:
“Niyə ehtiyat futbolçular skamyasında oturduğumu başa düşmürəm. Mənim üçün hər şey yaxşı keçdi. “Vest Hem” və “Çelsi”ni məğlub etdik.
Daha sonra məni ehtiyata göndərdilər və “Vulverhempton”a qarşı oyunda beş dəqiqə zaman qazandım. Niyə belə olduğunu soruşdum. Lakin cavab almadım.
Zədə mənə çətinlik törətdi. Meydana daxil olaraq canımı verməyə hazıram. Start heyətdə olmağa layiqəm”.
İki oyunun nəticəsinə əsasən, “Tottenhem” “qırmızı-qaralar”a 0:1 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
Bizi Facebook-da izləyin