Riçard Almeydanın cəzası açıqlandı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan kubokunun ¼ final oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qarabağ” – “Sabah” oyununun 78-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Qarabağ” klubu 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.
Bizi Facebook-da izləyin