Riçard Almeyda komandasını yarımfinala daşıdı
Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubu “Prezident kuboku”nda növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi bu komanda 1/4 final mərhələsi çərçivəsində “Şabab Əl-Əhli Dubay” ilə qarşılaşıb.
“Baniyas” bu oyundan 1:0 hesabı ilə qalib ayrılıb və yarımfinala yüksəlib.
Almeyda da bu görüşün iştirakçısı olub. Yeganə qolu da 45+2-ci dəqiqədə məhz Almeyda penaltidən vurub. Bu, onun yeni klubunda ilk qoludu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin