Riçard Almeyda debüt matçında zədələndi
Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) çempionatında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın yenicə transfer olunduğu “Baniyas” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Dubay “Əl-Nəsr”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Almeyda da bu oyunda iştirak edib. O, debüt etdiyi qarşılaşmaya start heyətdə çıxıb, lakin 79-cu dəqiqədə zədə səbəbindən meydanı erkən tərk etməli olub.
“Baniyas” 13 oyuna topladığı 14 xalla 14 kollektiv arasında 9-cu sırada qərarlaşıb.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin