Riberi səfir olmağa hazırlaşır
Fransanın və “Bayern”in sabiq yarımmüdafiəçisi Frank Riberi Almaniya klubunun səfiri olmağa hazırlaşır.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, artıq tərəflər arasında ilk danışıqlar baş tutub. Riberinin oxşar vəzifələri olan Covanni Elber və Klaudio Pizarro kimi “Bayern”in digər keçmiş oyunçularına qoşulmağa hazır olduğu bildirilir.
Riberi bu il oktyabrın sonunda peşəkar karyerasını başa vurduğunu elan etmişdi. Fransalı keçmiş futbolçunun son klubu “Salernitana” olub. O, hazırda İtaliya klubunun məşqçilər korpusunda çalışır.
“Bayern” cari mövsümdə 15 matçda 34 xal toplayıb və Almaniya Bundesliqasının turnir cədvəlində birinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin