Riberi mövsümün ən yaxşı oyunçusu seçildi
“Fiorentina”da 2019/20 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, 37 yaşlı yarımmüdafiəçi Frank Riberi birinci olub.
O, başa çatan mövsümdə A seriyasında 21 matçda 3 qol vurub, eyni sayda məhsuldar ötürmə müəllifi olub. Fransalı futbolçu 1 dəfə qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, Riberi “Fiorentina”ya ötən il “Bavariya”dan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin