İtaliyanın ən “qoca”sı

“Fiorentina” İtaliya A Seriyasının 4-cü turunda səfərdə “Atalanta” ilə qollu bərabərə qalıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:2 hesabıyla bitən görüş “Fiorentina”nın yeni transferi Frank Riberi üçün əlamətdar olub. Belə ki, 66-cı dəqiqədə fərqlənən Riberi, A Seriyasında ilk qolunu vurub.

Fransız futbolçu bununla da, İtaliya A Seriyasında qol vuran ən yaşlı legioner futbolçu olub. Riberi A Seriyasında debüt qolunu 36 yaş 168 günlüyündə vurub.

Riberi “Fiorentina”ya bu yay keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button