“Finalda uduzmağın nə qədər acı olduğunu bilirəm” – Riberi
Fransa millisinin və “Bayern”in sabiq yarımmüdafiəçisi Frank Riberi sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, “xoruzlar”ın finala çıxmasını böyük göstərici hesab edib:
“Dünya çempionatının finalına çıxmaq və qələbə üçün sona qədər mübarizə aparmaq böyük göstəricidir. Finalda uduzmağın nə qədər acı olduğunu bilirəm, amma özünüzlə fəxr edin. Güclü olun!”
Fransa millisi DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında məğlub olaraq (3:3, penaltilər – 2:4), gümüş medallara sahib olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin