Riberinin karyerasını bitirmək istəməsinin səbəbi
“Salernitana”nın yarımmüdafiəçisi Frank Riberi gələn həftə karyerasını başa vuracağını açıqlaya bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, bu qərarın əsas səbəbi 39 yaşlı fransalı futbolçunun fiziki durumunun pis olmasıdır.
Riberi “Salernitana”da klubun səfiri kimi işləməyə davam edə bilər. O, 2022-ci ilin yayından bu klubda çıxış edir.
Riberi daha əvvəl, futbolçu karyerasını bitirdikdən sonra məşqçi işləmək istədiyini bildirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin