RFS-in baş məşqçisi: “Sabah” üç imkandan ikisini qola çevirdi”
Latviyanın RFS klubunun baş məşqçisi Viktor Moroz Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Sabah”la ilk matçından sonra (0:2) açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticənin oyuna görə olmadığını söyləyib:
“Azərbaycana revanş almaq üçün gedəcəyik. Nəticə oyuna görə olmadı. Çünki bizim çoxlu qol şanslarımız oldu. “Sabah” üç imkandan ikisini qola çevirdi.
Rəqib əks-hücumlarda çox təhlükəlidir. Təəssüfləndiyim məqam odur ki, qol vura bilmədik. Buna rəğmən, ümidimizi itirmirik. Zəif komanda olmadığımızı gördük. Çətin görünsə də, şanslarımız var. Hələ heç nə bitməyib”.
“Sabah”la RFS arasında cavab oyunu avqustun 3-də “Bank Respublika Arena”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin