Reytinq turnirinin son günündə daha 2 medal

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə 6 çəkidə qaliblər müəyyənləşib.

Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) gümüş, Murat Lokyayev (97 kq) isə bürünc medal qazanıb.

Beləliklə, ilin ilk reytinq turnirində güləşçilərimiz ümumilikdə 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medal əldə edib.

60 kq

Təsnifat mərhələsi: Nihat Məmmədli – Yustias Petraviçyus (Litva) 4:0
1/8 final: Nihat Məmmədli – Murad Məmmədov 6:2
1/4 final: Nihat Məmmədli – Kristian Kekemeti (Macarıstan) 8:0
1/2 final: Nihat Məmmədli – Razvan Arnaut (Rumıniya) *3:3
Təsəlliverici görüş: Murad Məmmədov – Yustias Petraviçyus (Litva) 1:5
Final: Nihat Məmmədli – Mehdi Necad (İran) 0:8

72 kq

Təsnifat mərhələsi: Ülvü Qənizadə – Jiri Çapek (Çexiya) -:+ (Ülvü xəstələndiyi üçün görüşə çıxmayıb)

82 kq

Təsnifat mərhələsi: Tuncay Vəzirzadə – Peyman Poştam (İran) 0:9

97 kq

Təsnifat mərhələsi: Murat Lokyayev – Kiril Milov (Bolqarıstan) 1:10
Təsnifat mərhələsi: Zamir Maqomedov – Mindauqas Venkaitis (Litva) 4:2
1/8 final: Arif Niftullayev – Cerard Kurniçak (Polşa) 3:0
1/8 final: Zamir Maqomedov – Feliks Baldauf (Norveç) 0:8
1/4 final: Arif Niftullayev – Kiril Milov (Bolqarıstan) 1:5
Təsəlliverici görüş: Murat Lokyayev – Vinko Prodanoviç (Xorvatiya) 9:0
Təsəlliverici görüş: Murat Lokyayev – Arif Niftullayev 10:2
Bürünc medal görüşü: Murat Lokyayev – Mihail Kajaya (Serbiya) +:- (Kajaya zədələndiyi üçün görüşə çıxmayıb)

130 kq

Təsnifat mərhələsi: Sabah Şəriəti – Danila Sotnikov (İtaliya) 0:4
1/8 final: Beka Kandelaki – Delyan Alişahi (İsveçrə) 9:0
1/8 final: Sərxan Məmmədov – Linqye Menq (Çin) 4:7
1/4 final: Beka Kandelaki – Linqye Menq (Çin) 1:3

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button