
Reytinq: Qurban Qurbanov gerilədi
Dünyanın futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Komanda.az xəbər verir ki, “World coach ranking” saytında yer alan siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 466-cı pillədə qərarlaşıb. Qurbanov ötən siyahı ilə müqayisədə 6 pillə geriləyib.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 962-ci pillədə qərarlaşıb. Bordin ötən siyahıda 961-ci pillədə idi.
Reytinq siyahısına “Barselona”nın baş məşqçisi Ernesto Valverde 14990 xalla başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin