Reytinq: “Qarabağ” irəliləyib, “Neftçi” ilə “Sabah” geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, 414 komandanın yer aldığı siyahıya Azərbaycanın üç təmsilçisi düşüb.

Ötən ay 64-cü pillədə qərarlaşan “Qarabağ” yenə irəliləyişə nail olub. Ağdam təmsilçisi hesabındakı 144,5 xalla 61-ci yerə yüksəlib. Azərbaycan çempionunun qabaqladığı nəhənglər sırasında “Ayaks” (Niderland), “River Pleyt” (Argentina) “Çelsi”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko” (İspaniya) və “Marsel” (Fransa) kimi klublar da var.

“Sabah” və “Neftçi”, əksinə, geriləyiblər. Murad Musayevin yetirmələri 286-cı yerdən 302-ci pilləyə düşüblər. Bakılılar 63,5 xala malikdirlər. Hesabında 61,75 xal olan “Neftçi” isə 311-ci yeri 318-ci pilləyə dəyişib.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (304 xal) başçılıq edir. “Real” 291 xalla ikincidirsə, “İnter” (254) üçüncü yerə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button